[email protected] +994 99 303 07 01
November 05, 2026 - Paylaşdı: Admin

Mexanika mühəndisliyi üzrə keçirilən "Mexaniki Avadanlıqlar" seminarı uğurla başa çatdı!

Azərbaycan Mühəndislər Birliyinin "Üzvlük Proqramı" çərçivəsində Mexanika mühəndisliyi üzrə keçirilən "Mexaniki Avadanlıqlar" seminarı uğurla başa çatdı!

Seminar zamanı iştirakçılara sənayedə istifadə olunan mexaniki avadanlıqların növləri və komponentləri, onların quraşdırılma və istismar tələbləri, planlı və profilaktik texniki xidmət, tez-tez rast gəlinən nasazlıqlar və onların aradan qaldırılması haqqında ətraflı məlumat verildi.

📌 Müzakirə olunan əsas mövzular:
🔹 Sənayedə istifadə olunan mexaniki avadanlıqlara giriş
🔹 Mexaniki avadanlıqların əsas növləri və komponentləri (nasoslar, kompressorlar, daxili yanma mühərrikləri və s.)
🔹 Avadanlıqların quraşdırılma və istismar tələbləri
🔹 Planlı və profilaktik texniki xidmət
🔹 Mexaniki avadanlıqlarda tez-tez rast gəlinən nasazlıqlar və onların aradan qaldırılması
🔹 Layihə üzərindən praktiki nümunələr
🔹 Mexaniki avadanlıqların texniki sənədləri

💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı və mövzu ilə bağlı bilik və təcrübə mübadiləsi həyata keçirildi.

🎮 Seminarın sonunda keçirilən Kahoot oyunu iştirakçıların öyrəndiklərini yoxlamaq üçün əyləncəli və maraqlı formatda təşkil olundu. Bütün iştirakçılara fəal iştirakına görə təşəkkür edirik!

Bu dəyərli və peşəkar təqdimat üçün təlimçimiz Cəlil Əliyevə təşəkkür edirik! 💙

Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!