📢 Azərbaycan Mühəndislər Birliyindən Kimya və Qida mühəndisliyi Departamenti üzrə yeni Sahə Gəzintisi!
Bu dəfə təşkil olunacaq sahə gəzintisi A+CO şərab zavoduna olacaq. İştirakçılar bu ziyarət zamanı içkilərin istehsalat prosesləri, sənaye və laboratoriya mühiti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Sahə gəzintisi çərçivəsində iştirakçılar:
🔹 Laboratoriya;
🔹 Enerjili içkilərin, alkoqollu və az alkoqollu içkilərin istehsalat sahəsi;
🔹 Karbon qazı sahəsi
haqqında həm nəzəri, həm də praktiki məlumat əldə edəcəklər.
📆Tarix və saat: 16 aprel, 09:30
⏳ Qeydiyyat üçün son tarix: 11 aprel, 18:00
🔗 Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLScga_dUsTRw_98fXD65T1S845KgsZcYpUf3JlrgMQBauIlrWQ/viewform?usp=header
📌Qeyd: Gəzinti yalnız Azərbaycan Mühəndislər Birliyinin Kimya və Qida mühəndisliyi Departamentinin üzvləri üçün nəzərdə tutulmuşdur. Seçim daha əvvəl heç bir texniki gəzintidə iştirak etməyən üzvlərin aktivlik balı və motivasiya məktubuna əsasən aparılacaqdır.
May 10, 2026 - Paylaşdı: Admin