📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində Kimya mühəndisliyi üzrə 2 noyabr tarixində keçirilən “Process Safety: Engineering Approach to Risk Management” adlı seminar uğurla başa çatdı.
Seminar mühəndis Asif Həsənlinin təqdimatında keçirildi və iştirakçılara sənaye proseslərində təhlükəsizliyin mühəndislik əsasları, risklərin qiymətləndirilməsi və idarə olunması barədə dərin nəzəri və praktiki biliklər qazandırıldı.
📍 Seminarın əsas mövzuları:
🔹 İşçi təhlükəsizliyi və proses təhlükəsizliyi anlayışlarının fərqləri
🔹 Risk = Tezlik × Nəticə prinsipi və risklərin azaldılması üsulları
🔹 PSM (Process Safety Management) və risk əsaslı yanaşma
🔹 HAZID, HAZOP, LOPA və FMEA kimi risk analiz metodları
🔹 Təhlükəsizlik səviyyələri (SIL) və qoruyucu sistemlərin rolu
🔹 Safety Instrumented System (SIS) və onun əsas komponentləri
🔹 Proses təhlükəsizliyində mühəndislik və idarəetmə yanaşmaları
Seminar zamanı iştirakçılarla real sənaye nümunələri üzərində müzakirələr aparıldı, suallar cavablandırıldı və proses təhlükəsizliyinin praktiki tətbiqləri ətraflı izah olundu.
Bu faydalı və dəyərli seminar üçün mühəndis Asif Həsənliyə təşəkkür edirik!
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙
November 08, 2025 - Paylaşdı: Admin