[email protected] +994 99 303 07 01
June 29, 2026 - Paylaşdı: Admin

Kimya laboratoriyası üzrə – ICP-OES təlimi

☀️ Yay İnkişaf Proqramı 2026

🧪 Kimya laboratoriyası üzrə – ICP-OES təlimi

Kimya laboratoriyalarında istifadə olunan müasir analiz metodlarını öyrənmək istəyirsiniz?

Azərbaycan Mühəndislər Birliyinin Yay İnkişaf Proqramı 2026 çərçivəsində təşkil olunan ICP-OES təlimi iştirakçıları element analizində geniş istifadə olunan Inductively Coupled Plasma Optical Emission Spectroscopy (ICP-OES) cihazının iş prinsipi, tətbiq sahələri və analiz prosesləri ilə tanış edəcəkdir.

Bu təlim zamanı iştirakçılar ICP-OES metodunun nəzəri əsaslarını, nümunələrin hazırlanmasını, analiz prosesini və əldə olunan nəticələrin qiymətləndirilməsi prinsiplərini öyrənəcəklər.

👨‍🎓 Kimlər üçün uyğundur?

• Kimya və Kimya mühəndisliyi tələbələri
• Kimya və tətbiqi kimya ixtisasları üzrə təhsil alanlar
• Laboratoriya mütəxəssisləri
• Analitik kimya sahəsinə maraq göstərənlər
• Neft-qaz, qida, ekologiya və sənaye laboratoriyalarında işləmək istəyənlər

👩‍🏫 Təlimçi: Lətafət Mustafayeva
CAPEX Specialist at SOCAR Downstream

🔗 Ətraflı məlumat və qeydiyyat: https://bit.ly/4oNbmra