[email protected] +994 99 303 07 01
April 07, 2026 - Paylaşdı: Admin

Kimya Mühəndisliyi və SƏTƏMM Departamenti üzrə yeni Sahə Gəzintisi!

📢Azərbaycan Mühəndislər Birliyinin Kimya Mühəndisliyi və SƏTƏMM Departamenti üzrə yeni Sahə Gəzintisi!


Bu dəfə təşkil olunacaq sahə gəzintisi Heydər Əliyev adına Neft Emalı Zavoduna olacaq. İştirakçılar bu ziyarət zamanı neft emalı sahəsində həyata keçirilən istehsal prosesləri və sənaye mühiti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Sahə gəzintisi çərçivəsində iştirakçılar:


🔹 Neft emalı sektorunda həyata keçirilən əsas proseslər

🔹 Neft emalı mərhələləri

🔹 İstehsalat sahəsində istifadə olunan əsas avadanlıqlar və texnoloji proseslər

🔹 Təhlükəsizlik, keyfiyyətə nəzarət və əməliyyat prinsipləri haqqında həm nəzəri, həm də praktiki məlumat əldə edəcəklər.


📅 Tarix və saat: 15 aprel, 08:30

⏳ Qeydiyyat üçün son tarix: 10 aprel, 18:00

🔗 Qeydiyyat linki : https://docs.google.com/forms/d/e/1FAIpQLSchTh_r0onbVELxbGU5hB9Z_FKIXTXOEOLnxOz_D141DrUm_A/viewform?usp=publish-editor


📌Qeyd: Gəzinti yalnız Azərbaycan Mühəndislər Birliyinin Kimya mühəndisliyi və SƏTƏMM departamentinin üzvləri üçün nəzərdə tutulmuşdur. Seçim daha əvvəl heç bir texniki gəzintidə iştirak etməyən üzvlərin motivasiya məktubu və aktivlik balına əsasən aparılacaqdır.


#FieldTrip #AzərbaycanMühəndislərBirliyi #Engineering #STEM  CareerDevelopment FieldTrip Networking