📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində Kimya üzrə keçirilən “Laboratoriya Məlumatlarının İdarə Edilməsi Sistemi (LİMS)” seminarı uğurla başa çatdı.
Seminar iştirakçıları LİMS-in mahiyyəti, laboratoriya proseslərinin rəqəmsal transformasiyası, məlumatların təhlükəsiz saxlanması, izlənməsi və idarə olunması, eləcə də sistemin müəssisələrə gətirdiyi üstünlüklər haqqında geniş və praktiki biliklərlə təmin olundular.
📍 Seminarın əsas mövzuları:
🔹 LİMS-in funksiyaları və tətbiq sahələri
🔹 Laboratoriya məlumatlarının rəqəmsallaşdırılması və avtomatlaşdırılması
🔹 Məlumatların təhlükəsizliyi və inteqrasiya imkanları
🔹 Keyfiyyətə nəzarətdə LİMS-in rolu
🔹 Müasir sənayedə LİMS həllərinin faydaları və perspektivləri
Seminar zamanı iştirakçıların sualları cavablandırıldı və real sənaye təcrübələri əsasında səmərəli müzakirələr aparıldı.
Bu dəyərli seminar üçün Qadir Əhmədliyə təşəkkür edirik!
Məkan: @fikir.coworking
📌 Yeniliklərdən daha tez xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!💙
December 14, 2025 - Paylaşdı: Admin