[email protected] +994 99 303 07 01
November 06, 2025 - Paylaşdı: Admin

Kimya üzrə 1 noyabr tarixində keçirilən “HPLC& ISO 17025 in laboratory and equipment maintenance”adlı seminar uğurla başa çatdı.

📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində Kimya üzrə 1 noyabr tarixində keçirilən “HPLC& ISO 17025 in laboratory and equipment maintenance”adlı seminar uğurla başa çatdı.

Seminar mühəndis Xeyransa Şıxəliyevanın təqdimatında keçirildi və iştirakçılara həm nəzəri, həm də praktiki biliklər qazandırıldı.

📍 Seminarın əsas mövzuları:

🔹 Analitik laboratoriyalarda istifadə olunan HPLC metodunun iş prinsipi

🔹ISO/IEC 17025 standartının məqsədi və strukturu

🔹 Etibarlı analiz nəticələrinin əldə edilməsi üçün vacib olan keyfiyyət prinsipləri

🔹 Laboratoriyada metod validasiyası, kalibrasiya və sənədləşmənin əhəmiyyəti

Seminar zamanı iştirakçıların sualları cavablandırıldı, real laboratoriya nümunələri üzərində müzakirələr aparıldı və praktiki biliklər möhkəmləndirildi.

Bu faydalı və dəyərli seminar üçün mühəndis Xeyransa Şıxəliyevaya təşəkkür edirik!

Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙