[email protected] +994 99 303 07 01
October 17, 2023 - Paylaşdı: Admin

Könüllümüz Rəhimə ilə olan söhbətimizi sizə təqdim edirik

Halliburton şirkətində Yay təcrübə proqramında iştirak edən könüllümüz Rəhimə ilə olan söhbətimizi sizə təqdim edirik:
Mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsi Rəhimə Kərimova. AZMİİB -dəki həm könüllülük həm də idarə heyətindəki fəaliyyətim boyunca yeni mühit dostlar qazanmaqla yanaşı , ixtisasımı mühəndislərdən öyrənmək şansım da oldu.Təsadüfi deyilki Teknofest 2023-ə qatıldığım komanda və mentorumuzda məhz AZMİİB sayəsində tanıyıb , belə bir təşəbbüs göstərə bilmişdim.Eyni zamanda Halliburton şirkətində 2 aylıq təcrübə proqramını qazanmağımıda məhz AZMİİB- də fəaliyyətim boyunca öyrəndiklərimə borcluyam.
Düşünürəm ki AZMİİB hər bir mühəndislik ixtisaslarında təhsil alan tələbələr üçün öz potensiallarını ortaya çıxarmağa , beləliklə daha çox inkişaf etməyə dəstək göstərən təşkilatdır.