[email protected] +994 99 303 07 01
October 16, 2023 - Paylaşdı: Admin

Könüllü olmaq üçün növbəti könüllü qəbuluna qeydiyyatdan keçməyə hazır olun.

Uzun zamandır ki, öz fəaliyyətimiz ilə məqsədimizin təmənnasız şəkildə tələbələrin maarifləndirilməsi olduğunu göstərmişik. Buna texniki gəzintilərimizi, hər həftəsonu baş tutan və müxtəlif ixtisaslara aid mövzuları əhatə edən təlimlərimizi, seminarlarımızı nümunə göstərə bilərik. Çünki, bizim təşkilatın əsas motivasiyası məhz həmin tələbələrin öz ixtisaslarına olan marağı və maarriflənməyə doğru atdıqları addımlardır. Hətta aktiv könüllüləri AZMİİB Training Center tərəfindən təşkil olunan ödənişli təlimlərə ödənişsiz olaraq cəlb edərək də bu şücaətimizi sübut etmişik.
Bəs siz necə? Bu maariflənmə hərəkatına bir qatqınız olmasını istərdiniz mi? Elə isə könüllü olmaq üçün növbəti könüllü qəbuluna qeydiyyatdan keçməyə hazır olun.
#azmiib #volunteer #engineer