[email protected] +994 99 303 07 01
October 12, 2023 - Paylaşdı: Admin

Gulf Drilling Supply FZE şirkətində Yay Təcrübə proqramında iştirak edən könüllümüz Rasim ilə olan kiçik söhbətimizi sizə təqdim edirik

Gulf Drilling Supply FZE şirkətində Yay Təcrübə proqramında iştirak edən könüllümüz Rasim ilə olan kiçik söhbətimizi sizə təqdim edirik:
"Mən Şükürov Rasim, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-Qaz mühəndisliyi üzrə SABAH qruplarının 4-cü kurs tələbəsiyəm. AZMİİB barəsində orada könüllü fəaliyyət göstərən tələbə yoldaşlarımdan, xüsusilə də sosial mediada və digər platformalarda araşdırmalarım nəticəsində tanımışam. AZMİİB ə ilk növbədə üzvlük proqramı ilə qoşulub orada ixtisasımla bağlı layihələrdə, sahə gəzintilərində və eləcə də ixtisasımı daha dərindən öyrənmək üçün keçirilən təlimlərdə seminarlarda iştirak etdim. Hal hazırda isə Researcher üzrə könüllülük fəaliyətimi davam etdirirəm. Bir komanda şəklində tapşırıqların icra olunması, ixtisasla bağlı daim araşdırmada olmaq və.s bütün bunlar məni və düşüncələrimi inkişaf etdirən əsas ünsürlərdən oldu. Burada bir tələbəyə gələcəkdə iş imkanları üçün lazım olan "team working", "innovativ düşüncənin formalaşması", idarəçilik kimi bacarıqları əldə etmişəm. Könüllülük və üzvlük layihələrində aktiv şəkildə iştirak etdiyim üçün Gulf Drilling Supply FZE şirkətində 2 aylıq Drilling Engineering üzrə təcrübə proqramında iştirak əldə etdim. Hal hazırda praktiki biliklərimi hər gün dərindən daha da inkişaf etdirirəm. Gələcək karyeramda mənim üçün əvəzedilməz bir başlanğıc yaratmasında ən böyük dəstək olan Azərbaycan Mühəndislər Birliyinə öz dərin təşəkkürümü bildirirəm.
Tələbələrə tövsiyəm odur ki gələcəkdə özlərini mühəndis kimi formalaşdırmaq istəyirlərsə Azərbaycan Mühəndislər birliyindən maksimum yararlansınlar və möhtəşəm imkanlar əldə etsinlər."