[email protected] +994 99 303 07 01
October 12, 2023 - Paylaşdı: Admin

Gulf Drilling Supply FZE şirkətində Yay Təcrübə proqramında iştirak edən könüllümüz Ülvi ilə olan kiçik söhbətimizi sizə təqdim edirik:

Gulf Drilling Supply FZE şirkətində Yay Təcrübə proqramında iştirak edən könüllümüz Ülvi ilə olan kiçik söhbətimizi sizə təqdim edirik:
"Mən Ülvi Məmmədli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft Qaz mühəndisliyi üzrə 4-cü kurs tələbəsiyəm. Azərbaycan Mühəndislər Birliyini tələbə yoldaşlarım sayəsində tanımışam. İlk öncə üzv, daha sonra könüllü olaraq qoşulduğum AZMİİB heyətində fəaliyyətimi Team Leader olaraq davam etdirirəm. Komanda ilə birgə fəaliyyət, liderlik və layihə rəhbəri olmaq kimi bacarıqlarımı AZMİİB sayəsində kəşf etmişəm, eyni zamanda onların sayəsində inkişaf etdirirəm. Üzv olduğum müddətdə təlimlərdə, könüllü olduğum müddətdə isə keçirilən layihələrdə aktiv şəkildə iştirak etdiyim üçün Gulf Drilling Supply FZE şirkətində 2 aylıq Drilling Engineering üzrə Təcrübə Proqramında iştirak əldə etmişəm. Hazırda nəzəri cəhətdən öyrəndiklərimi sahədə görərək praktiki biliklərimi artırıram. Gələcək kariyeramın təməllərini atmaqda ən böyük yardımı göstərən Azərbaycan Mühəndislər Birliyinə öz minnətdarlığımı bildirirəm. Düşünürəm ki, Azərbaycan Mühəndislər Birliyi mühəndislik sahəsində təhsil alan gənclərin hərtərəfli inkifaşı üçün ən ideal seçimdir.
Tələbələrə tövsiyəm odur ki, Azərbaycan Mühəndislər Birliyinin Üzvlük və Könüllülük Proqramlarına qoşulub aktiv iştirak edərək bu kimi şansları qazansınlar və bundan maksimum yararlanmağa çalışsınlar. "