[email protected] +994 99 303 07 01
September 27, 2026 - Paylaşdı: Admin

GƏLƏCƏYİN ENERGETİKLƏRİ

🏆 GƏLƏCƏYİN ENERGETİKLƏRİ

⛽ Elektrik-Energetika sahəsində biliklərini sınamağa hazırsan?
🔥 Komandanı qur. Universitetini təmsil et. Biliklərini sınayaraq “Gələcəyin Energetiki” ol!

Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı ilə 20 Oktyabr – Energetiklər Gününə həsr olunmuş “Gələcəyin Energetikləri” olimpiadasına start verilir! 🔥

🎯 Sizi nə gözləyir?

Olimpiadada suallar aşağıdakı istiqamətləri əhatə edəcək:

🛢️ Elektrik Enerjisinin istehsalı
⚙️ Elektrik Enerjisinin ötürülməsi və paylanması
🧱 Bərpa olunan enerji mənbələri
💡 Ümumi energetika sənayesi və dünyagörüşü

👥 İŞTİRAK QAYDALARI

🔹 İstənilən universitetin Elektrik və Elektronika mühəndisliyi və Energetika mühəndisliyi ixtisası üzrə bakalavr tələbələri iştirak edə bilər.
🔹 Hər komanda 4 nəfərdən ibarət olmalıdır: 1 kapitan + 3 komanda üzvü.
🔹 Komandanın bütün üzvləri eyni universitetin bakalavr tələbələri olmalıdır.

🏆 QALİBLƏRİ NƏ GÖZLƏYİR?

🥇 I yer — Kubok 🏆 + Diplom 📜 + Müxtəlif hədiyyələr 🎁
🥈 II yer — Diplom 📜 + Müxtəlif hədiyyələr 🎁
🥉 III yer — Diplom 📜 + Müxtəlif hədiyyələr 🎁

📅 Tarix: 11 oktyabr 2026
⏰ Saat: 10:00
⏳ Son qeydiyyat: 4 oktyabr 2026, saat 18:00

🔗 Qeydiyyat: https://forms.gle/kZo9RmUFmvkfd8us8

📩 Suallarınız üçün: +994 99 303 07 01
WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz.