[email protected] +994 99 303 07 01
June 29, 2026 - Paylaşdı: Admin

Elektronika (Praktiki) Kursu

☀️ Yay İnkişaf Proqramı 2026

⚡ Elektronika (Praktiki) Kursu

Elektronikanı yalnız nəzəri deyil, praktik şəkildə öyrənmək istəyirsiniz?

Azərbaycan Mühəndislər Birliyinin Yay İnkişaf Proqramı 2026 çərçivəsində təşkil olunan Elektronika (Praktiki) Kursu iştirakçılara elektronikanın fundamental prinsiplərini real dövrələr üzərində tətbiq etmə imkanı yaradacaq.

Təlim müddətində iştirakçılar qida mənbələrinin qurulması, tranzistorların tətbiqi, sensorlarla işləmə, əməliyyat gücləndiriciləri, qoruma sxemləri, düzləndirici körpülər və zamanlama dövrələri kimi mövzuları praktiki tapşırıqlar vasitəsilə öyrənəcəklər.

👨‍🎓 Kimlər üçün uyğundur?
• Elektronika və elektrik mühəndisliyi tələbələri
• Mexatronika və avtomatlaşdırma sahəsində təhsil alanlar
• Arduino və mikrokontrollerlərə maraq göstərənlər
• Elektronika üzrə baza biliklərini praktikada tətbiq etmək istəyənlər
• Gənc mühəndislər və texniki sahə üzrə həvəskarlar

👨‍🏫 Təlimçilər
• Şamxal Əliyev - Azərbaycan Texniki Universiteti, Energetika fakültəsi Dekan müavini
• Hikmət Fəttayev – Azərbaycan Texniki Universiteti - Müəllim
• Rauf Pənahzadə - Ələt Beynəlxalq Dəniz Limanı (SeaPort) - Avtomatika elektrik mühəndisi

🎯 Təlim boyunca hər mövzu real elektron sxemlərin qurulması və sınaqdan keçirilməsi ilə müşayiət olunacaq.

🔗 Ətraflı məlumat və qeydiyyat: https://bit.ly/4eteDXI