Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan Elektrik mühəndisliyi üzrə Gənc Mühəndislər Təqaüd Proqramı uğurla başa çatdı.
Proqram çərçivəsində keçirilən təlimlər elektrik mühəndisliyi üzrə təlimçi Röyal Novruzlu tərəfindən həyata keçirildi və iştirakçılara elektrik mühəndisliyi sahəsində həm nəzəri, həm də praktiki biliklər təqdim olundu.
📍 Proqramın əsas mövzuları:
🔹 Elektrik və energetika mühəndisliyinə giriş, elektrik enerjisinin istehsalı
🔹 Asinxron elektrik mühərrikləri, onların iş prinsipi, işə salınma üsulları və ildırımdan mühafizə sistemləri
🔹 EAQ (ATS) sistemləri, qısaqapanma cərəyanının hesablanması, alçaq və yüksək gərginlikli kommutasiya avadanlıqları və rele mühafizəsi
🔹 Layihə tapşırığı, elektrik təchizatı layihələndirilməsinə giriş
🔹 İşıqlanma sistemləri (qəza işıqlanması – Emergency Exit)
🔹 Yaşıl enerji siyasəti və bərpa olunan enerji mənbələri
Təlimlər zamanı iştirakçılar elektrik mühəndisliyi sahəsində aktual mövzularla tanış olmuş, real nümunələr üzərindən biliklərini möhkəmləndirmiş və gələcək peşə fəaliyyətləri üçün faydalı təcrübə qazandılar.
Bu faydalı və məlumatlandırıcı təlimlərə görə təlimçi Röyal Novruzluya təşəkkür edirik!
Yeni elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!💙



January 03, 2026 - Paylaşdı: Admin