[email protected] +994 99 303 07 01
November 08, 2025 - Paylaşdı: Admin

Ekologiya və SƏTƏMM üzrə “Eko-Stress, Avtomobildən Asılılığın Görünməyən Tərəfləri Və Dayanıqlı Nəqliyyat”Seminarı uğurla başa çatdı!

📢 Azərbaycan Mühəndislər Biriliyi tərəfindən Üzvlük Proqramı çərçivəsində Ekologiya və SƏTƏMM üzrə “Eko-Stress, Avtomobildən Asılılığın Görünməyən Tərəfləri Və Dayanıqlı Nəqliyyat”Seminarı uğurla başa çatdı!

1 noyabr tarixində Azərbaycan Mühəndislər Birliyi tərəfindən Üzvlük Proqramı çərçivəsində “Eko-Stress, Avtomobildən Asılılığın Görünməyən Tərəfləri Və Dayanıqlı Nəqliyyat”mövzusunda seminar keçirildi.

Seminar mühəndis Rauf Ağamirzəyev təqdimatında baş tutdu və iştirakçılara avtomobildən asılılığın ekosistemə və insan psixologiyasına təsiri, şəhər mühitində nəqliyyatın dayanıqlılığı prinsipləri, həmçinin eko-stressin azaldılması üçün tətbiq olunan ekoloji və mühəndislik həlləri haqqında biliklər qazandırdı.

📍 Seminarın əsas mövzuları:
🔹Ekostresə səbəb olan amillər.
🔹Avtomobildən asılılığın ekoloji təsiri.
🔹Şəhər mühitində nəqliyyatın dayanıqlılığı prinsipləri
🔹Eko-stressin azaldılması üçün həll yolları
🔹Ekostresin idarə olunması yolları.

Seminar zamanı iştirakçılar Avtomobil Asılılığının Fəsadları,Eko-Stressin Mənbələri,Həll Yolları və Tətbiq Oluna Bilən Yanaşmaları müzakirə etdilər, praktiki nümunələr üzərindən fikir mübadiləsi apardılar.

Bu faydalı və dəyərli seminar üçün mühəndis Rauf Ağamirzəyevə təşəkkür edirik!

Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙