📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük proqramı çərçivəsində Ekologiya mühəndisliyi üzrə “Layihələrin icrası prosesində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin rolu” adlı seminar uğurla başa çatdı!
Seminar təlimçi Əfqan Bəylərlinin təqdimatında baş tutdu və iştirakçılara layihələrin icrası mərhələsində ətraf mühitə və insan sağlamlığına təsirlərin əvvəlcədən müəyyən edilməsi, risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin əhəmiyyəti ətraflı izah olundu.
📍 Seminarın əsas mövzuları:
🔷 ƏMTQ anlayışı, məqsədi və hüquqi əsasları
🔷 Layihələr üçün tələb olunan normativ sənədlər
🔷 ƏMTQ prosesinin mərhələləri (screening, scoping, alternativlərin qiymətləndirilməsi)
🔷 Ekoloji risklərin layihədən əvvəl müəyyən edilməsi
🔷 Layihənin icrası dövründə ekoloji monitorinq
🔷 Neft-qaz sənayesində ƏMTQ sənədinin əhəmiyyəti
🔷 Keçmişdən miras qalmış ekoloji problemlər və onların təsirləri
Seminar zamanı iştirakçılar layihələrin planlaşdırılması və icrası zamanı ətraf mühitə təsirlərin əvvəlcədən qiymətləndirilməsi, ekoloji risklərin azaldılması və beynəlxalq ekoloji tələblərə uyğun, dayanıqlı qərarların verilməsi üzrə biliklər əldə etdilər.
Bu faydalı və məlumatlandırıcı seminar üçün təlimçi Əfqan Bəylərliyə təşəkkür edirik!
Yeni elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙



January 03, 2026 - Paylaşdı: Admin