🎓 AZMİİB ÜZVLƏRİ ÜÇÜN SERTİFİKATLI SEMİNAR
ELEKTRONIKA üzrə növbəti sertifikatlı seminarımız!
Təlimçi Əhməd Abdullahzadə “ANALOQ VƏ RƏQƏMSAL ELEKTRONİKA” mövzusunda bilik və peşəkar təcrübəsini iştirakçılarla bölüşəcək.
📚 Seminarın əsas mövzuları:
🔹 Analoq və rəqəmsal elektronikanın əsas prinsipləri və fərqləri
🔹 Elektron komponentlər və onların iş prinsipləri
🔹 Elektron sxemlərin qurulması və analizi
🔹 Mikrokontrollerlər və Embedded Systems texnologiyalarına giriş
🔹 PCB dizaynı: elektron lövhələrin layihələndirilməsi
🔹 Elektron sistemlərdə nasazlıqların aşkarlanması və diaqnostikası
🔹 Real mühəndislik layihələri üzərindən praktiki nümunələr
🔹 Sual-cavab
👨🏫 Təlimçi haqqında:
📌 İş yeri və vəzifəsi: Azərbaycan Müdafiə Sənayesi Nazirliyi – Elektronika mühəndisi
📌 Əvvəlki iş təcrübəsi: ABC Telecom və özəl sektorda elektronika cihazlarının servisi, təmiri və layihələndirilməsi
📌 Magistr: Azərbaycan Texniki Universiteti – Radioelektron Mübarizə Vasitələri
📌 Bakalavr: Azərbaycan Texniki Universiteti – Elektronika mühəndisliyi | 2018–2022
📅 Tarix: 15 noyabr 2026
🕐 Saat: 16:00
📍 Məkan: City Global Coworking
📜 Seminarın sonunda iştirakçılara sertifikat təqdim olunacaq.
⚠️ Qeyd: Seminarda yalnız Azərbaycan Mühəndislər Birliyinin (AZMİİB) üzvləri iştirak edə bilərlər.
November 07, 2026 - Paylaşdı: Admin