[email protected] +994 99 303 07 01
September 16, 2023 - Paylaşdı: Admin

EKOLOJİ MONİTORİNQ SEMİNARI

🔎Azərbaycan Mühəndislər Birliyi yeni seminarla qarşınızdadır !

Bilik və bacarıqlarınızın inkişaf etməsi, peşəkar mühəndislərlə həmsöhbət olaraq onların təcrübələrindən faydalanmaq istəyirsinizsə, bu seminarımızı qaçırmayın!

Seminarda Pərvanə Babayeva və Əbülfəs Allahverdiyev "Ekoloji Monitorinq" mövzusunda danışacaq.

Pərvanə Babayeva haqqında:

📌 Bakalavr – BDU, Kimya ixtisasını bitirmişdir.

📌 Magistr - BDU, ətraf mühit kimyası ixtisasını bitirmişdir. O cümlədən, KOİCA təqaüd proqramı ilə Koreyanın Ajou Universitetində Enerji elmi və siyasəti ixtisası üzrə magistr təhsili almışdır

📌 5+ il iş təcrübəsi ilə hazırda Ekol Mühəndislik Xidmətləri QSC-də böyük mühəndis vəzifəsində çalışır. Həmçinin Azərbaycan Mühəndislər Birliyinin Enerji və Ətraf mühit məsələləri üzrə sədr müavinidir.

Əbülfəs Allahverdiyev haqqında:

📌 Bakalavr – ADPU, Kimya Biologiya ixtisasını bitirmişdir,
📌 Magistr - BDU, Neft Kimyası ixtisası üzrə bitirmişdir.
📌 Doktorantura- ADNSU Ekologiya ixtisası üzrə doktorantura pilləsində təhsil alır.
📌 10 ilə yaxın iş təcrübəsi ilə hazırda Ekol Mühəndislik Xidmətləri QSC-də ətraf mühitin mühafizəsi üzrə mühəndis vəzifəsində çalışır. Həmçinin Azərbaycan Mühəndislər Birliyinin Ekologiya Departamentinin rəhbəridir.

Qeyd: Pandemiya ilə əlaqədar olaraq iştirakçı sayı məhduddur. Qeydiyyatdan keçənlər arasından 12 nəfər seçiləcək! Qeydiyyatdan keçməyə tələsin!

🗓Tarix: 06.03.2022
⏰Saat: 14:00
📌Məkan: Azərbaycan Mühəndislər Birliyinin Tədris Mərkəzi

🔗Qeydiyyat linki: https://bit.ly/33ZKE9S