[email protected] +994 99 303 07 01
October 17, 2023 - Paylaşdı: Admin

Cəvahir Ağazadə ilə olan söhbətimizi təqdim edirik

Birliyimizdə könüllü, daha sonra isə PR Manager kimi fəaliyyətini davam etdirən Cəvahir Ağazadə GeoEngineering Ltd şirkətində yay təcrübə proqramında iştirak etmişdir. Cəvahir ilə olan söhbətimizi təqdim edirik:
Mən, Azərbaycan-Fransız Universitetinin 4-cü kurs Geofizika/Geologiya mühəndislik tələbəsi Cəvahir Ağazadə. Tələbəlik illərimi produktiv keçirməyə çalışmış, müxtəlif yerlərdə könüllü və təcrübəçi kimi fəaliyyət göstərmişəm. AZMİİB ilə isə tanışlığım 2-ci kursa təsadüf edir. Tələbəlik illərimin ən uğurlu təsadüflərindən biri kimi qiymətləndirə bilərəm. İlk könüllülük fəaliyyətim olmasına baxmayaq, güclü və daim dəstəkçi idarə heyəti, komandası sayəsində çətinlik çəkmədən könüllülük fəaliyyətimi başa vuraraq PR Manager vəzifəsinə yüksəldim. AZMİİB in mənə bu illər ərzində nə qatdığını soruşsanız, komanda ilə işləmə bacarığı, liderlik bacarığı, doğru ünsiyyət, mühəndis və təlimçilərlə əlaqələrin artırılması, şirkətlərlə tanışlıq, yeni dostlar və s. deyə bilərdim. Bununla yanaşı mühəndislik və ixtisasımla bağlı keçirilən təlimlərdə, seminarlarda iştirak edərək ixtisas biliklərimi artıraraq, GeoEngineering şirkətində təcrübə keçmək şansını qazandım. Produktiv 1 ay ərzində Geologiyaya daha yaxından bələd olaraq, hədəflərimə 1 addım daha yaxınlaşdım. Buna görə də mühəndislik ixtisasında təhsil alan tələbələrə şiddətlə AZMİİB ə qoşulmağı tövsiyə edirəm.
Mənə qatdığınız hər şey üçün təşəkkür edirəm, AZMİİB!