2015-ci il dekabrın 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. Ötən ilin may ayında daha 3 neftçinin cəsədi dənizdən tapılıb. Qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib.
Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.