[email protected] +994 99 303 07 01
October 17, 2023 - Paylaşdı: Admin

Baku Drilling School-a texniki gəzinti baş tutub

"Gələcəyin Mühəndisləri" proqramında yüksək nəticə göstərmiş Neft-qaz mühəndisliyi tələbələri üçün Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı ilə Baku Drilling School-a texniki gəzinti baş tutub.
İlk öncə gəzinti iştirakçılarına Baku Drilling School haqqında ətraflı məlumat təqdim edilmişdir. Daha sonra gəzinti iştirakçıları müəssisə ərazisində olan avadanlıqlarla və orada aparılan işlərlə yaxından tanış olublar. Yaranan suallar əməkdaşlar tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Gənclərin biliklərinin artırılmasında və texniki gəzintinin təşkilində Azərbaycan Mühəndislər Birliyi üçün yaratdıqları şəraitə görə Baku Drilling School rəhbərliyinə və kollektivinə dərin təşəkkürümüzü bildirir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
#azmiib #təlim #engineer #engineering #oilandgas #oilandgasengineering