🎉 Baker Hughes Career Day uğurla baş tutdu!
Azərbaycan Mühəndislər Birliyi və UFAZ-ın birgə təşkilatçılığı ilə dünyanın aparıcı enerji texnologiyaları şirkətlərindən biri olan Baker Hughes-un iştirakı ilə Career Day tədbiri keçirildi.
Tədbir çərçivəsində tələbələr Baker Hughes-un fəaliyyəti, şirkətdə karyera imkanları, işə qəbul prosesi və təcrübə proqramları haqqında ətraflı məlumat əldə etdilər.
💡 Baker Hughes nümayəndələri öz peşəkar təcrübələrini bölüşərək mühəndislik sahəsində karyera qurmaq istəyən gənclər üçün vacib tövsiyələr verdilər, beynəlxalq şirkətdə çalışmağın imkanları və tələbləri barədə danışdılar.
Bu cür görüşlər gənc mühəndislərin əmək bazarını daha yaxından tanımasına, peşəkar əlaqələr qurmasına və gələcək karyera hədəflərini müəyyənləşdirməsinə mühüm töhfə verir.
🙏 Tədbirin təşkilində göstərdiyi dəstəyə və əməkdaşlığa görə @ufaz.university Karyera Mərkəzinin rəhbəri Qənirə Nəsibovaya, həmçinin tədbirin reallaşmasında xüsusi əməyi və dəstəyinə görə Baker Hughes nümayəndəsi Aygün Seyidovaya təşəkkürümüzü bildiririk.
Azərbaycan Mühəndislər Birliyi olaraq gənc mühəndislərin sənaye nümayəndələri və beynəlxalq şirkətlərlə əlaqələrinin gücləndirilməsinə, onların peşəkar inkişafına yönəlmiş təşəbbüsləri davam etdirəcəyik! 🚀
#AZMİİB #BakerHughes #UFAZ #CareerDay #Engineering CareerDevelopment









November 05, 2026 - Paylaşdı: Admin