[email protected] +994 99 303 07 01
October 14, 2023 - Paylaşdı: Admin

Baker Hughes şirkətinə texniki gəzinti baş tutub

Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı ilə 15 dekabr tarixində Baker Hughes şirkətinə texniki gəzinti baş tutub.
İlk öncə gəzinti iştirakçılarına şirkətin fəaliyyəti haqqında ümumi məlumat verilib. Daha sonra təhlükəsizlik qaydaları haqqında danışılıb və iştirakçıların təhlükəsizliyini təmin etmək məqsədilə onlar fərdi mühafizə vasitələri ilə təchiz  olunublar. Sahə gəzintisi zamanı iştirakçılar zavodda görülən işlərlə yaxından tanış olmuş, yaranan suallar mühəndislər tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.
Gənclərin sənaye biliklərinin artırılmasında, texniki gəzintinin təşkilində Azərbaycan Mühəndislər Birliyi üçün bu şəraiti yaratdığına görə Baker Hughes rəhbərliyinə və kollektivinə öz təşəkkürümüzü bildiririk!