Azərbaycan Mühəndislər Birliyi tərəfindən tələbələr üçün Bakı Dəniz Limanına texniki gəzinti təşkil olunub.
Gəzinti zamanı iştirakçılara Bakı Dəniz Limanının tarixi, bölgənin ilk Yaşıl Limanında həyata keçirilən layihələr və iş prosesi haqqında məlumat verildi. Eyni zamanda tələbələrin sualları da cavablandırıldı. Səfər zamanı iştirakçılar Bakı Dəniz Limanının terminalları, yüklərin idarəolunma üsulları və müasir texnologiyaların tətbiqi ilə tanış oldular. Limanın inkişafı və gələcək planları da ziyarətçilərin diqqətini çəkdi.
Bu cür tanışlıq səfərləri tələbələrə logistika və yük idarəetmə sahələrində innovasiyalar və praktiki təcrübələr haqqında geniş məlumat əldə etməyə imkan yaradır. Gəzintinin təşkilinə şərait yaratdıqları üçün Port of Baku rəhbərliyinə təşəkkür edirik.
July 14, 2025 - Paylaşdı: Admin