[email protected] +994 99 303 07 01
October 17, 2023 - Paylaşdı: Admin

Bərpa olunan enerji mənbələri üzrə ikili diplom proqramına qəbulun vaxtı uzadıldı

Bərpa olunan enerji mənbələri üzrə ikili diplom proqramına qəbulun vaxtı uzadıldı.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və University of Warwickin, “Warwick Manufacturing Group” (WMG) Bərpa Olunan Enerji mənbələri sahəsində “Master of Science” ikili diplom proqramı üçün 2023-2024-cü tədris ili üzrə boş yerlərə qəbul sentyabr ayının 8-ə kimi uzadıldı.
Bu unikal proqram WMG tərəfindən həyata keçirilən 8 modul və layihə nəticəsində Vorvik Universitetinin magistr dərəcəsini və ADNSU-nun təqdim etdiyi 6 modul ilə ADNSU-nun magistr dərəcəsini qazanmaq üçün əhatəli tədris planıdır.
Sözügedən proqram Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2019-2023-cü illər "Ali təhsil sistemində beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində yaradılıb. Məqsəd tədrisə cəlb edilən dünya səviyyəli professor-müəllim heyəti sayəsində tələbələrin sürətlə inkişaf edən sektorda rəqabət üstünlüyü qazanmaları, həmçinin ölkəmizin təmiz enerjiyə keçidində açar rol oynamaları üçün lazım olan bilik və bacarıqlara yiyələnmələrini təmin etməkdir.
Vorvik Universiteti 2023-cü ilin QS reytinqinə əsasən dünyada 64-cü yerdədir.
Tələb olunan sənədlər:
- DİM magistratura imtahanının nəticəsi
- Müvafiq bakalavr pilləsində təhsil
- İELTS nəticəsi (6.5)
- Motivasiyanızı, kreativliyinzi, kommunikasiya bacarıqlarınızı əks etdirən video müraciət (2 dəqiqədən çox olmamalı)
- Onlayn müraciət formunu doldurmaq -
https://soft-mod.com/form/admission-apply
Proqram barədə daha ətraflı məlumat üçün : http://asoiu.edu.az/info_main