Bugün - 14 may tarixində Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı və mühəndis Qalib Muradovun rəhbərliyi ilə tələbələr üçün SOCAR, Azneft İB-nin QAİİ-nin Qaz Saxlama Sahələrinə texniki gəzinti baş tutub.
İlk öncə gəzinti iştirakçılarına təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat təqdim edilmiş və fərdi mühafizə vasitələri ilə təmin olunmuşlar. Daha sonra Qalib Muradov tərəfindən iştirakçılara Yeraltı qaz anbarları, Qaradağ yatağının geologiyası və işlənməsi, Qaz paylanma stansiyaları, Separatırlar, Qazhidrat əmələgəlməyə qarşı mübarizə üsulları, Kompressor stansiyaları, Fontan və qazlift istismar üsulu, Fontan və qazlift istismar üsulu zamanı istifadə olunan quyuüstü və quyuiçi avadanlıqlar, Quyularda aparılan mənimsəmə işləri haqqında məlumatlar verilib, bütün proseslər onlara izah olunub.
Gənclərin sənaye biliklərinin artırılmasında,texniki gəzintinin təşkilində Azərbaycan Mühəndislər Birliyi üçün şərait yaratdığına görə SOCAR Azneft İB-nin rəhbərliyinə və kollektivinə öz təşəkkürümüzü bildiririk.