Bugün - 29 aprel tarixində Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı və mühəndis Saleh Rəhmanovun rəhbərliyi ilə tələbələr üçün SOCAR, Azneft İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin mədən sahələrinə texniki gəzinti baş tutub.
İlk öncə gəzinti iştirakçılarına təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat təqdim edilmişdir. Daha sonra iştirakçılar mədən sahələrini gəzərək yeraltı təmir, quyuda qırılıb qalmış boruların tutma əməliyyatı, 3 müxtəlif mancanaq dəzgahının iş prinsipi, hasilatın hesablanması, yan lülənin qazılması, gilli məhlulun hazırlanması, ölçülməsi və parametrlərinə nəzarət, porşenli nasosların iş prinsipi, qaldırıcı maşınların iş prinsipi ilə yaxından tanış olublar, şirkət əməkdaşları tərəfindən bütün proseslər onlara izah olunub.
Gənclərin sənaye biliklərinin artırılmasında,texniki gəzintinin təşkilinə Azərbaycan Mühəndislər Birliyi üçün şərait yaratdığına görə SOCAR rəhbərliyinə və kollektivinə öz təşəkkürümüzü bildiririk.