📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən keçirilən Azertexnolayn zavoduna texniki gəzinti uğurla başa çatdı!
Gəzinti zavodun ümumi istehsalat fəaliyyəti, texnoloji axını və təhlükəsizlik qaydaları ilə tanışlıqla başladı. Daha sonra tələbələr laboratoriya sahələrini ziyarət edərək xammal və hazır məhsullar üzərində aparılan analizlər, keyfiyyətə nəzarət və laboratoriya nəticələrinin istehsalata təsiri barədə məlumat aldılar. İstehsalat sahəsində isə xammalın hazırlanması və texnoloji əməliyyatlar əyani şəkildə nümayiş olundu.
Sonda tələbələr mütəxəssislərlə sual-cavab zamanı, texnoloji proseslərlə bağlı maraqlandıran bütün suallara ətraflı cavab alma imkanı əldə etdilər.
Azərtexnolayn zavodunun rəhbərliyinə göstərdikləri dəstək və qonaqpərvərlik üçün təşəkkür edirik.
Elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙


January 03, 2026 - Paylaşdı: Admin