📢 Üzvlük proqramı çərçivəsində Azerbaijan Engineers Union təşkilatçılığı ilə Azerenerji OJSC-nin Qobu Elektrik Stansiyasına təşkil olunan texniki gəzinti uğurla başa çatdı.
🏭 Texniki səfər zamanı iştirakçılar elektrik enerjisinin istehsalı prosesi, sənayedə tətbiq olunan müasir texnologiyalar və real istehsalat mühiti ilə yaxından tanış olmaq imkanı əldə etdilər.
⚙️ Gəzinti çərçivəsində iştirakçılara modul tipli elektrik stansiyalarının quruluşu, onların çevikliyi, sürətli quraşdırılması və effektiv istismar xüsusiyyətləri haqqında ətraflı məlumat verildi.
📌 18 silindrli V formalı daxili yanma mühərriklərinin iş prinsipi
📌 Osmos qurğusunun işləmə mexanizmi və suyun təmizlənməsi prosesi
📌 Ehtiyat daxili yanma generatorlarının tətbiqi və əhəmiyyəti
📌 Ayırıcılar, açarlar və açar qoruyucularının funksiyaları
📌 Monitorinq sistemləri və PLS qida blokunun iş prinsipi
📌 Solenoid klapanlar və sabit cərəyan panellərinin tətbiqi
📌 Sovurma ventilyatoru və tezlik çeviricisinin işləmə mexanizmi
📌 Porşen və gilizin quruluşu, soyutma şkafları və YAT qurğusu haqqında praktik məlumatlar
💡 Texniki gəzinti zamanı iştirakçılar nəzəri biliklərini real istehsalat mühitində müşahidə etmək, eyni zamanda müəssisə əməkdaşlarına suallar ünvanlayaraq praktiki biliklər əldə etmək imkanı qazandılar.
🤝 Səfər müddətində bizi səmimi şəkildə qarşılayan və biliklərini böyük həvəslə bizimlə bölüşən Cavidan Quliyev, Nurlan Abdullayev, Məhəmmədcavad Yusifov və Baxşı Nəsibliyə təşəkkürümüzü bildiririk.
👏🏻 Bu cür texniki səfərlər tələbələrin peşəkar inkişafı, sənaye mühiti ilə tanışlığı və nəzəri biliklərin praktik tətbiqini görməsi baxımından olduqca faydalıdır.
📲 Siz də belə seminar, təlim və texniki gəzintilərdən xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀


June 01, 2026 - Paylaşdı: Admin