[email protected] +994 99 303 07 01
October 18, 2026 - Paylaşdı: Admin

AzTU-da tələbələrlə görüş keçirdik!

📍 AzTU-da tələbələrlə görüş keçirdik!

7 oktyabr 2026-cı il tarixində Azərbaycan Texniki Universiteti Mühəndislik fakültəsinin tələbələri ilə infosessiya keçirdik.

İnfosessiya zamanı Birliyimizin fəaliyyəti, tələbələr üçün yaratdığımız imkanlar və mühəndislik sahəsində peşəkar inkişaf perspektivləri haqqında ətraflı məlumat verildi.

Tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsi, mühəndislik mühitini daha yaxından tanıması və gələcək karyeralarına hazırlaşması istiqamətində həyata keçirdiyimiz fəaliyyətlər diqqətə çatdırıldı.

Seminarlar, təlimlər, təqaüd proqramları, olimpiadalar, mentorluq proqramları, texniki gəzintilər və sənaye müəssisələri ilə görüşlər vasitəsilə tələbələrə yeni biliklər qazanmaq, praktiki təcrübə əldə etmək və peşəkar əlaqələr qurmaq imkanları təqdim edirik.

Görüşün sonunda tələbələrin sualları cavablandırıldı, onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparıldı.

İnfosessiyanın keçirilməsində yaratdıqları şəraitə və göstərdikləri göstərdikləri dəstəyə görə Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyinə, həmçinin Karyera və Məşğulluq Mərkəzinin müdiri Ülviyyə Rəsulova və Karyera Mütəxəssisi Aynur Yusubovaya təşəkkürümüzü bildiririk.

İştirak edən bütün tələbələrə də maraq və fəallıqlarına görə təşəkkür edir, gələcəyin mühəndisləri ilə yeni görüşlərdə bir araya gəlməyi arzulayırıq! 🩵

#AZMİİB #AzTU #Mühəndislik #GələcəyinMühəndisləri