26 aprel tarixində Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı ilə tələbələr üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı Regional Sınaq Laboratoriyasına texniki gəzinti baş tutub.
İlk öncə gəzinti iştirakçılarına Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti haqqında ümumi məlumat verilib. Daha sonra iştirakçılar İCP-MS, İCP-OES cihazlarının iş prinsipləri, nümunələrin necə hazırlanması, metodun qurulması, tətbiq sahələri ilə tanış olub analiz prosesini yaxından müşahidə ediblər. Bununla yanaşı tələbələr Bakı Regional Sınaq Laboratoriyasının Mikrobiologiya, Fiziki kimya labaratoriyaları ilə tanış oldular.
Tələbələrin biliklərinin artırılmasında, texniki gəzintinin təşkilində Azərbaycan Mühəndislər Birliyi üçün bu şəraiti yaratdığına görə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəhbərliyinə və kollektivinə öz təşəkkürümüzü bildiririk.