[email protected] +994 99 303 07 01
October 12, 2023 - Paylaşdı: Admin

Azərbaycan Mühəndislər Birliyininin yay sezonu boyunca fəaliyyət hesabatı.

Azərbaycan Mühəndislər Birliyininin yay sezonu boyunca fəaliyyət hesabatı.
📜 16 iyuldan 6 sentyabr tarixinə qədər keçirilən ümumi fəaliyyətimizi sizə təqdim edirik:
- 12 onlayn təlim
- 3 offlayn təlim
- 1 texniki gəzinti
- 1 mühəndislə söhbət
Təşkil etdiyimiz layihələrdən ümumilikdə 1000+ gənc yararlanıb. Bu postun altında həmin gənclərin geridönüşlərini, dəyərli fikir və təkliflərini gözləyirik. Yay boyunca həm dincəlib, həm də öyrənənlərə eşq olsun! 🤗
Layihələrimizdən yararlanan, buna dostlarını cəlb edən, birlikdə öyrənməyə meyilli bütün izləyicilərimizə, eyni zamanda gənclərin maariflənməsi yolunda bizimlə birgə çalışan bütün mühəndislərə dəyərli zamanlarını ayırdıqları üçün xüsusi təşəkkür edirik! Sayənizdə Azərbaycan Mühəndislər Birliyi getdikcə böyüyür və daha çox gəncə fayda verir.
Biz isə tətil sezonundan sonra tam enerjili şəkildə yeni layihələrə başlamışıq. Üzvlük proqramı, Könüllülük proqramı, silsilə təlim paketləri və digər bir - birindən informativ söhbətlərlə qarşınızdayıq.
📍 Əgər siz də bu fəaliyyətlərdən faydalanmaq istəyirsinizsə, şərhdə + yazmağınız kifayətdir. Linklər mesaj qutunuza göndəriləcək.