[email protected] +994 99 303 07 01
October 12, 2023 - Paylaşdı: Admin

Azərbaycan Mühəndislər Birliyinin Kimya Departamentinin rəhbəri Ələkbər Hüseynzadənin yeni məqaləsi çap olunub

Azərbaycan Mühəndislər Birliyinin Kimya Departamentinin rəhbəri Ələkbər Hüseynzadənin yeni məqaləsi çap olunub.
Tədqiqat işi salisilaldehidi törəmələri əsasında Bijinelli reaksiyası şəraitində sintez olunmuş dihidropirimidininlərin quruluşlarının və onların bioloji aktivliklərinin tədqiqinə həsr olunub. Birləşmələrin quruluşu Nüvə Maqnit Rezonans (NMR) və kütlə-spektroskopiya (mass) üsulları ilə tədqiq olunmuşdur. Bundan əlavə, qeyd olunan birləşmələrin monokristalları alınmış və rentgen şüalarının difraksiyası üsulu (SC-XRD) və Hirşfeld səth analizi metodları ilə də tədqiq olunmuş və kristal quruluşda müxtəlif qeyri-kovalent əlaqələr müşahidə olunmuşdur. Bioloji aktivlik Candida albicans və Aspergillus niger göbələk növlərinə qarşı tədqiq edilmiş və müsbət nəticələr əldə edilmişdir. Həmçinin, birləşmələrin aktivliyi məlum antibiotikin (Flukonazol) aktivliyi ilə də müqayisə edilmiş və sintez olunan birləşmənin qeyd olunan antibiotiklə müqayisədə daha aktiv olduğu müəyyən olunmuşdur. Bioloji aktivliyi izah etmək üçün “in silico” tədqiqatlar da yerinə yetirilmiş və aktiv mərkəzlər müəyyən olunmuşdur.
Məqalənin tam mətni ilə aşağıda verilən linkdə tanış ola bilərsiniz:
https://link.springer.com/article/10.1007/s13738-022-02659-9
Qeyd etmək istərdik ki, Ələkbər Hüseynzadə Bakı Dövlət Universitetinin “Sənaye Kimyası” tədqiqat laboratoriyasının müdiri və “Üzvi kimya” kafedrasının müəllimidir.