⛽ Azərbaycan Mühəndislər Birliyinin 2026–2027 Üzvlük Proqramı çərçivəsində Neft-qaz mühəndisliyi üzrə Mentorluq Proqramına başlanılıb!
Proqram çərçivəsində üzvlərimiz Əhməd Əhmədovun mentorluğu ilə ümumilikdə 6 görüşdə iştirak edəcəklər.
🛢️ Mentorluq görüşlərinin əsas məqsədi üzvlərimizin peşəkar inkişafına dəstək olmaq, neft-qaz sənayesinin müxtəlif istiqamətləri ilə daha yaxından tanış olmalarına, real iş mühiti haqqında məlumat əldə etmələrinə və gələcək karyeralarını daha düzgün planlaşdırmalarına kömək etməkdir.
Görüşlər zamanı iştirakçılar qazma mühəndisliyi, neft-qaz quyularının layihələndirilməsi, sənayedə karyera imkanları, təcrübə proqramları və mühəndislik sahəsində peşəkar inkişaf yolları ətrafında müzakirələr aparacaqlar.
💡 Mentorluq Proqramı iştirakçılara nəzəri biliklərini praktiki yanaşmalarla əlaqələndirmək, təcrübə mübadiləsi aparmaq, sənayenin tələblərini daha yaxından anlamaq və gələcək karyeralarına daha hazırlıqlı addım atmaq imkanı yaradır.
Mentorumuz Əhməd Əhmədova bu təşəbbüsə qoşulduğu və gələcəyin neft-qaz mühəndislərinin inkişafına töhfə verdiyi üçün təşəkkür edirik!
Azərbaycan Mühəndislər Birliyi (AZMİİB)
Mühəndisliyə gedən ən doğru yol!


November 05, 2026 - Paylaşdı: Admin