Azərbaycan Mühəndislər Birliyinin 2026–2027 Üzvlük Proqramı çərçivəsində Ekologiya mühəndisliyi üzrə Mentorluq Proqramına başlanılıb!
Proqram çərçivəsində üzvlərimiz Əfqan Bəylərlinin mentorluğu ilə ümumilikdə 6 görüşdə iştirak edəcəklər.
Mentorluq görüşlərinin əsas məqsədi üzvlərimizin peşəkar inkişafına dəstək olmaq, seçdikləri mühəndislik sahəsini daha yaxından tanımalarına, real iş mühiti haqqında məlumat əldə etmələrinə və gələcək karyeralarını planlaşdırmalarına kömək etməkdir.
Görüşlər zamanı iştirakçılar karyera imkanları, şirkətlər və təcrübə proqramları, CV və LinkedIn profillərinin hazırlanması, iş müsahibələrinə hazırlıq və digər vacib mövzular ətrafında müzakirələr aparacaqlar.
💡 Mentorluq Proqramı nəzəri biliklərlə yanaşı, təcrübə mübadiləsinə, praktiki tapşırıqlara və mühəndislik karyerasına daha hazırlıqlı addım atmağa imkan yaradır.
Mentorumuz - Əfqan Bəylərliyə bu təşəbbüsə qoşulduğu və gələcəyin mühəndislərinin inkişafına töhfə verdiyi üçün təşəkkür edirik!
Azərbaycan Mühəndislər Birliyi (AZMİİB)
Mühəndisliyə gedən ən doğru yol!


October 26, 2026 - Paylaşdı: Admin