Azərbaycan Mühəndislər Birliyi olaraq gənclərin inkişafına, mühəndislik sahəsində bilik və bacarıqların artırılmasına, eləcə də beynəlxalq əməkdaşlıqların genişləndirilməsinə yönəlmiş fəaliyyətimizi davam etdiririk.
Bu istiqamətdə növbəti mühüm addım olaraq Azərbaycan Mühəndislər Birliyi ilə @aiesecaze arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sözügedən əməkdaşlıq çərçivəsində tələbə və gənclərin inkişafına töhfə verəcək müxtəlif təlimlərin, layihələrin və inkişaf proqramlarının həyata keçirilməsi planlaşdırılır.
Eyni zamanda bu tərəfdaşlıq gənclərin beynəlxalq təcrübə qazanmasına, yeni bilik və bacarıqlar əldə etməsinə, eləcə də mühəndislik sahəsində daha geniş imkanlara çıxış əldə etməsinə şərait yaradacaq.
İnanırıq ki, bu əməkdaşlıq gənc mühəndislərin peşəkar inkişafına mühüm töhfə verəcək və gələcəkdə daha geniş layihə və təşəbbüslərin həyata keçirilməsi üçün yeni imkanlar açacaq.
March 23, 2026 - Paylaşdı: Admin