📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Kimya Laboratoriya Departamenti üzrə yeni Field Trip!
Bu dəfə səyahət edəcəyimiz müəssisə FAB MMC olacaq.
Bu ziyarət zamanı iştirakçılar əvvəlcə laboratoriyada analiz və keyfiyyətə nəzarət prosesləri ilə tanış olacaq, istifadə olunan cihazlar və metodlar haqqında məlumat əldə edəcəklər. Daha sonra boya istehsal prosesi, xammalın emalı və laboratoriya ləvazimatları izah ediləcək. Zavodda tətbiq olunan texnoloji qurğular və təhlükəsizlik sistemləri barədə ətraflı məlumat veriləcək.
📆 Tarix: 15 noyabr 2026
🕙 Saat: 10:00
🚨 Qeydiyyat üçün son tarix: 11 noyabr 2026
🕙 Saat: 18:00
📝 Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSfXrTQ_pmmbLXQWC2zCu4ECK-VE1GPz9WZZrGwZKDmSN-wGHw/viewform?usp=header
📌 Qeyd: Gəzinti yalnız Azərbaycan Mühəndislər Birliyinin üzvləri üçün nəzərdə tutulmuşdur. Seçim aktivlik balı əsasında aparılacaqdır.
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙
November 07, 2026 - Paylaşdı: Admin