[email protected] +994 99 303 07 01
October 12, 2023 - Paylaşdı: Admin

Azərbaycan Mühəndislər Birliyi AZMİİB Quiz onlayn test platformasını təqdim edir!

Azərbaycan Mühəndislər Birliyi AZMİİB Quiz onlayn test platformasını təqdim edir!
İxtisas üzrə biliklərinizi artırmağın və
təkrarlamağın  ən sadə yolu! Ödənişsiz, sürətli və əyləncəli!
AZMİİB QUİZ ilə mühəndisliyin müxtəlif istiqamətlərinə dair minlərlə sualı cavablandırmaq imkanınız var. Bundan əlavə, burada təkcə bu istiqamətdə yox, həm də müxtəlif təbiət elmləri (kimya, fizika, biologiya), texniki fənlər, eyni zamanda, dünyagörüşü kateqoriyasında müxtəlif suallar tapa bilərsiniz. Sual bazasına hər ay yeni suallar əlavə ediləcək.
Platformanın ən əsas özəlliyi isə odur ki, eyni zamanda dostlarınızla yarışa bilərsiniz. Dostunu tağ edib duelə dəvət et.
Layihə rəhbəri və proqram tərtibatçısı:
Əli Babazadə (AZMİİB Sədr müavini)
Sualların hazırlanması və bazaya yerləşdirilməsində iştirak edən könüllülərimizdən ibarət komanda:
Cəvahir Ağazadə
Fidan Abdullayeva
Kifayət Rəcili
Ayişə Xudiyeva
Sevda Əyyubova
Fidan Mehdiyeva
Aytən Bədəlova
Həlimə Rzayeva
Platformadan həm sayt vasitəsilə, həm də Play Marketdən yükləyərək istifadə edə bilərsiniz. İOS istifadəçiləri üçün isə yaxın zamanda istifadəyə veriləcək.
Link: https://play.google.com/store/apps/details?id=com.azmiib.quizonline
Web sayt: www.onlinequiz.azmiib.az
Quiz qaydaları ilə bağlı bu linkdən məlumat ala bilərsiniz: https://onlinequiz.azmiib.az/instruction.php