[email protected] +994 99 303 07 01
September 06, 2026 - Paylaşdı: Admin

Azərbaycan Mühəndislər Birliyi 2026-2027 Tədris ili üçün könüllü qəbulunu elan edir

📢 Azərbaycan Mühəndislər Birliyi 2026-2027 Tədris ili üçün könüllü qəbulunu elan edir!

📌 Şəxsi və elmi bacarıqlarınızı inkişaf etdirmək, peşəkar mühəndislərlə əlaqə qurmaq, mühəndislik sahəsində təhsil alan insanlarla bilik mübadiləsi aparmaq istəyirsinizsə, Azərbaycan Mühəndislər Birliyində könüllü olmaq şansını qaçırmayın.

Məsuliyyətli, işini həvəslə görən, daima öz üzərində çalışan, öyrənməyə meyilli və ən əsası, ixtisasını doğrudan da sevən gəncləri səbirsizliklə komandamızda gözləyirik!💙

💫 Könüllü qəbulu bu istiqamətlərdə aparılır:
-Kimya mühəndisliyi (2 vakant yer)
-Ekologiya mühəndisliyi (1 vakant yer)
-Qida mühəndisliyi (1 vakant yer)
-SƏTƏMM (2 vakant yer)
-İctimaiyyətlə əlaqələr departamenti (4 vakant yer)
-Sosial fəaliyyətlər departamenti (1 vakant yer)

💫 Könüllülük proqramına Bakalavr 2 və 3-cü kurs tələbələri müraciət edə bilərlər.

📌 Könüllülük Proqramının başlama tarixi: 1 sentyabr
📌 Könüllülük müddəti: 1 Tədris ili (May ayına qədər)

📌 Qeyd: Seçim 2 mərhələdə aparılacaq. Birinci mərhələdə CV-yə və motivasiya məktubuna əsasən seçim ediləcək, ikinci mərhələ isə müsahibə mərhələsi olacaq.

📌 Qeyd 2: Könüllü qəbulu az sayda olacaq, rəqabəti nəzərə alaraq CV və Motivasiya məktublarınızı doğru şəkildə hazırlayıb təqdim etməyinizi tövsiyə edirik.

📆 Son müraciət tarixi: 10 Avqust
🔗 Qeydiyyat linki: https://forms.gle/fVABY8tEYXUGVsWm9

Qeydiyyatdan keçməyə tələsin!