[email protected] +994 99 303 07 01
October 09, 2023 - Paylaşdı: Admin

Azərbaycan Geologiya muzeyinə texniki gəzinti

3 avqust tarixində Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı ilə tələbələr üçün Azərbaycan Geologiya muzeyinə texniki gəzinti baş tutdu.
İlk öncə tələbələrə muzey haqqında ilkin məlumatlar verilib.Rəhbərlik tərəfindən geologiyanın sahələri, süxurlardan, yer altı proseslərdən geniş məlumat verilməklə bərabər, tələbələr Azərbaycanın zəngin faydalı qazıntıları, mineral-xammal bazasında bərk filiz , qeyri filiz yataqları haqqında məlumat alaraq canlı nümunələr ilə yaxından tanış olublar.
Tələbələrin biliklərinin artırılmasında, texniki gəzintinin təşkilində Azərbaycan Mühəndislər Birliyi üçün bu şəraiti yaratdığına görə Azərbaycan Geologiya muzey rəhbərliyinə öz dərin təşəkkürümüzü bildiririk.