[email protected] +994 99 303 07 01
September 27, 2026 - Paylaşdı: Admin

Anım Günü ilə əlaqədar olaraq könüllülər Şəhidlər Xiyabanını ziyarət ediblər.

27 Sentyabr — Anım Günü ilə əlaqədar olaraq Azərbaycan Mühəndislər Birliyinin könüllüləri Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad ediblər.

Şəhidlərimizin qəhrəmanlığı və Vətən uğrunda göstərdikləri fədakarlıq daim xalqımızın yaddaşında yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.