🔹 Azərbaycan Mühəndislər Birliyi olaraq Almaniyanın Köln şəhərində Avropada yaşayan azərbaycanlı mühəndislərin II Forumunda iştirak etdik!
Forum “Azərbaycan və Avropa arasında süni intellekt və enerji mübadiləsinin perspektivləri” mövzusuna həsr olunub və Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycan Mühəndislər Birliyinin həmtəsisçisi İskəndər Axundov da iştirak edib. Forumda mühəndislik sahəsində beynəlxalq əməkdaşlıq, süni intellektin tətbiqi, elmi və texnoloji mübadilə istiqamətində müzakirələr aparılıb.
Bu kimi tədbirlər Azərbaycan mühəndislərinin beynəlxalq arenada həmrəyliyinə və intellektual potensialının inkişafına mühüm töhfə verir. 🇦🇿



November 13, 2025 - Paylaşdı: Admin