[email protected] +994 99 303 07 01
October 13, 2023 - Paylaşdı: Admin

AZMİİB komandasının üzvləri öz layihələri ilə vətəni Türkiyədə təmsil edib!

AZMİİB komandasının üzvləri öz layihələri ilə vətəni Türkiyədə təmsil edib.
Türkiyə Sənaye və Texnologiya Nazirliyinin, KOP Regional İnkişaf İdarəsinin və KOP Regional Universitetlər Birliyinin (UNİKOP) təşkil etdiyi 9-cu Beynəlxalq KOP Regional İnkişaf Simpoziumu Konya Texniki Universitetinin (KTÜN) ev sahibliyi ilə keçirilib. 3 gün, 24-26 oktyabr tarixləri arasında 3 fərqli ölkədən (Türkiyə, Azərbaycan, İndoneziya) araşdırmaçılar öz layihələrini təqdim ediblər. Fərqli sahələrdən edilən müraciətlərlə cəmi 75 layihə təqdimat üçün qəbul edilib. Bunlardan biri də artıq 2 ildir ki, AZMİİB komandasında üzv olan Murad Qədirli və Çinarə Zayıdovanın birgə hazırlayıb, inkişaf etdirdiyi "Cleaner Energy for a Cleaner World: Hydrogen Energy" layihəsi olub. Gənclər simpoziumun gedişinə uyğun olaraq KTUN-da təhsil alan Azərbaycanlı tələbələrlə, professor-müəllim heyəti ilə qarşılıqlı şəkildə görüşüb və fikir mübadiləsi ediblər.
Simpoziumda iştirak edən ən gənc iştirakçılar məhz bizim gənclər olub. Ən möhtəşəm xəbər isə çıxışlarının və aktivliklərinin yüksək səviyyədə olması nəticəsində onların Konya Teknik Universitetində magistr dərəcəsinə qəbul təklifi almaları olub.
Azərbaycan Mühəndislər Birliyi olaraq onların hər ikisi ilə qürur duyuruq! Gələcək təhsil və iş həyatlarında uğurlarının daha böyük və parlaq olacağına inamımızı sevinc və fəxr hissi ilə bildiririk!