[email protected] +994 99 303 07 01
September 16, 2023 - Paylaşdı: Admin

AZMİİB TƏŞKİLATÇILIĞI İLƏ BAKU DRİLLİNG SCHOOL-A TEXNİKİ GƏZİNTİ BAŞ TUTUB.

Bu gün – 17 dekabr tarixində Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı ilə Neft-qaz mühəndisliyi tələbələri üçün Baku Drilling School-a texniki gəzinti baş tutub.

İlk öncə gəzinti iştirakçılarına Baku Drilling School haqqında ətraflı məlumat təqdim edilmişdir. Daha sonra gəzinti iştirakçıları müəssisə ərazisində olan avadanlıqlarla və orada aparılan işlərlə yaxından tanış olublar. Yaranan suallar əməkdaşlar tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Gənclərin biliklərinin artırılmasında və texniki gəzintinin təşkilində Azərbaycan Mühəndislər Birliyi üçün yaratdıqları şəraitə görə Baku Drilling School rəhbərliyinə və kollektivinə dərin təşəkkürümüzü bildirir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Növbəti texniki gəzintilərimizdən xəbərdar olmaq üçün sosial şəbəkələrimizi izləməkdə qalın!