Bu gün - 8 aprel tarixində Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı ilə tələbələr üçün AZECOLAB şirkətinə texniki gəzinti baş tutub.
İlk öncə gəzinti iştirakçılarına şirkətin fəaliyyəti haqqında ümumi məlumat verilib. Daha sonra iştirakçılar İCP-MS, İCP-OES cihazlarının iş prinsipləri, nümunələrin necə hazırlanması, metodun qurulması, tətbiq sahələri ilə tanış olub analiz prosesini yaxından müşahidə ediblər. Bununla yanaşı tələbələr AZECOLAB şirkətinin Eko-toksikoloji, Kalibrləmə, Taksonomiya, Mikrobiologiya, Xromatoqrafiya labaratoriyaları ilə tanış oldular.
Tələbələrin biliklərinin artırılmasında, texniki gəzintinin təşkilində Azərbaycan Mühəndislər Birliyi üçün bu şəraiti yaratdığına görə AZECOLAB rəhbərliyinə və kollektivinə öz təşəkkürümüzü bildiririk.