[email protected] +994 99 303 07 01
September 16, 2023 - Paylaşdı: Admin

AZƏRBAYCAN MÜHƏNDİSLƏR BİRLİYİNİN TƏŞKİLATÇILIĞI İLƏ BİRLİYİN KÖNÜLLÜLƏRİ ÜÇÜN LV SHİPPİNG – CASPİAN ŞİRKƏTİNƏ TEXNİKİ GƏZİNTİ BAŞ TUTUB.

22 sentyabr tarixində Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı ilə birliyin könüllüləri üçün LV Shipping – Caspian şirkətinə texniki gəzinti baş tutub.

İlk öncə gəzinti iştirakçıları təhlükəsizliyi təmin etmək üçün Fərdi Mühafizə vasitələri (jilet və dəbilqə) ilə təmin ediliblər. Daha sonra şirkətə məxsus bəzi nəqliyyat vasitələri və funksiyaları haqqında məlumat verilib. Ardınca könüllülər qapalı anbarla tanış olublar və orada olan yüklərin qablaşdırılması, saxlanması və daşınması prosesləri izah edilib. Bundan başqa xaricdən gələn ağır yüklərin daşınması zamanı baş verən proseslər və risklərin qiymətləndirilməsi haqqında da məlumat verilib.

Bu cür maraqlı gəzinti üçün LV Shipping – Caspian şirkətinin rəhbərliyinə və kollektivinə təşəkkür edirik.