Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” adlı layihədə Azərbaycan Mühəndislər Birliyinin Ekologiya Departamentinin nümayəndələri – Pərvanə Babayeva, Əbülfəs Allahverdiyev, Aytac Əmirquliyeva iştirak etmişlər. IDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondu tərəfindən həyata keçirilən bu layihə nəticəsində, gənclərin iştirakı ilə işğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyəti qiymətləndirilmişdir. Layihə çərçivəsində gənclər Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan və Ağdam rayonlarına, 13 dekabr 2021-ci il tarixində isə Şuşa şəhərinə səfər ediblər.