[email protected] +994 99 303 07 01
September 16, 2023 - Paylaşdı: Admin

AZƏRBAYCAN MÜHƏNDİSLƏR BİRLİYİNİN KÖNÜLLÜLÜK PROQRAMINA QƏBULUN STATİSTİKASINI NƏZƏRİNİZƏ ÇATDIRIRIQ.

Azərbaycan Mühəndislər Birliyinin Könüllülük proqramına qəbulun statistikasını nəzərinizə çatdırırıq.

Könüllü fəaliyyət göstərmək üçün 311 nəfər qeydiyyatdan keçib, onlardan 273 nəfəri imtahan mərhələsinə keçib və 195 nəfər imtahanda iştirak etmişdir.

24 universitetdən 55 ixtisas üzrə müraciətlər olmuşdur.

Ən çox müraciətçi sayı olan 3 universitet:
1. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) - 137 nəfər
2. Bakı Ali Neft Məktəbi (BANM) - 35 nəfər
3. Azərbaycan-Fransız Universiteti (UFAZ) - 34 nəfər

Ən çox müraciətçi sayı olan 3 ixtisas:
1. Kimya mühəndisliyi - 69 nəfər
2. Neft-qaz mühəndisliyi - 61 nəfər
3. Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 19 nəfər