[email protected] +994 99 303 07 01
September 16, 2023 - Paylaşdı: Admin

AZƏRBAYCAN MÜHƏNDİSLƏR BİRLİYİ 6 YAŞINI QEYD EDİR !

Bugün Azərbaycan Mühəndislər Birliyinin qurulmasının 6-cı ili tamam olur.

Azərbaycan Mühəndislər Birliyi 2015-ci ildə gənc mühəndis Ayxan Salmanov tərəfindən yaradılmışdır.

Bu illər ərzində Azərbaycanda mühəndislik ixtisası üzrə təhsil alan tələbələri və gənc mühəndisləri bir araya toplamaq, onları karyera qurmağa kömək edəcək biliklərlə təmin etmək, istiqamət seçmək və daha çox faydalı biliklərlə təmin etmək məqsədi ilə vebinarlar, görüşlər, seminarlar, yarışlar, kurslar, masterklaslar keçirilmişdir.

Ölkəmizdə yerli istehsalın yaradılması və inkişafında gənclərin elmi və təcrübəvi səviyyəsinin artması ən vacib göstəricilərdən biridir. Vətənin gənc və savadlı kadrlara ehtiyacı var və Azərbaycan Mühəndislər Birliyi o kadrların inkişafında böyük rol oynayır.

Gənclərin inkişafı və ölkəmizin gələcəyini düşünərək, hər il daha çox layihələr təqdim edib, daha çox tələbəyə yardımçı olmağa nail oluruq.