[email protected] +994 99 303 07 01
June 01, 2026 - Paylaşdı: Admin

9 may - Faşizm üzərində Qələbə günü münasibətilə təbrik edirik!

Alman faşizmi üzərində qələbədən 81 il ötür!

Azərbaycan Mühəndislər Birliyi olaraq xalqımızı 9 may - Faşizm üzərində Qələbə günü münasibətilə təbrik edirik!

Minlərlə həmvətənimiz bu Qələbə naminə canlarından keçiblər. Onlar öz canlarını Vətənin azadlığı və insanlığın faşizm təhlükəsindən xilas olunması uğrunda fəda ediblər. Azərbaycanın igid oğul və qızları döyüş meydanlarında göstərdikləri qəhrəmanlıq və fədakarlıqları ilə tarixə qızıl hərflərlə yazılıblar. Dünyasını dəyişən igid şəhidlərimizin xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirik!

#9may
#azərbaycanmühəndislərbirliyi